<

"İran Ukraynaya 46 ədəd PUA verib" - Ukrayna Prezident Ofisi

12:13 - 5 Avqust 2022

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç İranın Rusiyaya 46 ədəd pilotsuz uçuş aparatı ötürdüyünü təsdiqləyib.

 

Manset.az Report-a istinadla xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi “Feygin Live”ın efirində bildirib

“Bəzi məlumatlara görə, onların tətbiqi artıq qeydə alınıb. İranın PUA-ları köhnə nəsil, əldəqayırma maşınlardır. Lakin onlar tapşırığın müəyyən hissəsini yerinə yetirməyə qadirdir. Çünki bu müharibədə hətta uşaq kvadrokopterləri də tapşırıq yerinə yetirə bilər”, - O.Arestoviç vurğulayıb.

Onun sözlərinə görə, dronlardan istifadənin effektivliyi operatorların bacarıq və təcrübəsindən asılıdır.


Xəbər xətti

19 Avqust 2022