Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəliblər.
Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.