Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
15:07 - 31 İyul 2021
Əfqanıstanın Kamdiş bölgəsində iyulun 29-u güclü yağışlar səbəbindən sel yaranıb.
Manset.az xəbər verir ki, bu haqda məlumatı bölgənin aid olduğu Nuristan vilayətinin yerli rəhbərliyi yayıb.
Məlumata əsasən, sel nəticəsində 60 nəfər həlak olub. Bununla yanaşı, təbii fəlakət nəticəsində 150-dən çox sakin itkin düşüb.
Bildirilir ki, axtarış-xilasetmə əməliyyatları hazırda davam edir.
Ölkənin Təbii Fəlakətlərlə Mübarizəyə Hazırlıq İdarəsinin məlumatına görə isə, sel səbəbindən 150 ev və 2 körpüyə zərər dəyib. Həmçinin, qeyd olunur ki, bölgə “Taliban” hərəkatı döyüşçülərinin nəzarətində olduğu üçün seldən zərər görən sakinlərə kömək göndərmək mümkün deyil.
“Taliban” isə öz növbəsində açıqlama verərək həmin ərazilərdə sakinlərə kömək çatdırmaq istəyən qurumlara şərait yaradılacağını iddia edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin