Dünən baş verən qəzada sərnişin Ölüb

13:10 - 31 İyul 2021

Dünən baş verən qəzada sərnişin Ölüb

Daxili İşlər Nazirliyi dünən axşam saatlarında Sabunçu rayonu H.Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb. 

 

Manset.az xəbər verir ki, qəza iyulun 30-da saat 23 radələrində qeydə alınıb.  Bakı şəhər sakini E.Nağıyevin idarə etdiyi “Mercedes” və Quba rayon sakini T.Şirinovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə E.Nağıyevin sərnişini Məzahir Xudaverdiyev xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib. 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, dünən qəza ilə bağlı ilk xəbəri Manset.az  verib.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin