Prezident Flora Kərimovaya Yüksək Orden verdi - SƏRƏNCAM

11:33 - 31 İyul 2021

Prezident Flora Kərimovaya Yüksək Orden verdi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Manset.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin