Azərbaycanda benzin BAHALAŞDI

11:04 - 31 İyul 2021

Azərbaycanda benzin BAHALAŞDI

Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib.

Manset.az xəbər verir ki, “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.  

O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır:

“Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”. 


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin