İmişlidə polis əməkdaşı BIÇAQLANDI

10:16 - 31 İyul 2021

İmişlidə polis əməkdaşı BIÇAQLANDI

İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb.

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yetləşən məcburi köçkün düşərgəsində baş verib. Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, 1986-cı il təvəllüdlü Yaqubov Sarvan Arif oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin