Azərbaycan və Ermənistan boksçuları üz-üzə - Tokio - 2020

06:40 - 31 İyul 2021

Azərbaycan və Ermənistan boksçuları üz-üzə - Tokio - 2020

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.

Manset.az-ın məlumatına görə, boksçu Cavid Çələbiyev 1/8 final görüşünə çıxacaq.

63 kq çəki dərəcəsində yer alan dünya çempionu Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

Çələbiyev 1/16 finalda ukraynalı Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib.

Tokio-2020

30 iyul

Boks

63 kq

07:36. 1/8 final. Cavid Çələbiyev - Ovannes Baçkov (Ermənistan)

Qeyd edək ki, indiyədək Azərbaycanın 22 idmançısı mübarizəni dayandırıb, 2-si medal qazanıb.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin