Vacib görüşdə Ceyhun Bayramov çıxış edəndə müavini yatdı - FOTOLAR

00:10 - 31 İyul 2021

Vacib görüşdə Ceyhun Bayramov çıxış edəndə müavini yatdı - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb. Görüşdə həmçinin Xarici İşlər Nazirliyinin rəhbər heyəti iştirak edib. C.Bayramov diplomatik nümayəndəliklərin rəhbərlərinə müxtəlif istiqamətlərdə fəaliyyət səmərəliliyinin artırılması üzrə görülmüş işlər barədə məlumat verib, onlara bu xüsusda məsləhət və tapşırıqlarını verib.

Manset.az pravda.az-a istinadən xəbər verir ki, tədbir zamanı Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov yuxuya gedib.

Foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hətta nazir müavininin otuşu da tənqid edilib.

Qeyd: A.Əzimov 27 ildir ki, bu vəzifədədir.


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin