Hər kəsi indi bu sual düşündürür: Vaksin pasportu hansı qaydada yoxlanılacaq? - VİDEO

22:55 - 30 İyul 2021

Hər kəsi indi bu sual düşündürür: Vaksin pasportu hansı qaydada yoxlanılacaq?  - VİDEO

Sentyabrın 1-dən bir sıra müəssisələrə giriş üçün COVID-19 pasportu tələb ediləcək. Pasportların yoxlanması üçün də mobil tətbiq hazırlanıb. Bu tətbiqi yalnız qurum və müəssisələr istifadə edəcək. Vətəndaşlar isə müvafiq portallardan pasportları yükləməlidirlər.

Manset.az xəbər verir ki, İctimai iaşə müəssisələrində COVID-19 pasportlarının yoxlanması üçün mobil tətbiq hazırlandı...

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən sentyabrın 1-dən bir sıra müəssisələrə giriş üçün COVID-19 pasportu tələb ediləcək. Pasportların yoxlanması üçün də Elektron Hökumətin İnkişafı Mərkəzi yeni mobil tətbiq hazırlayıb. Mərkəzin Tərəfdaşlarla İş və Kommunikasiyalar departamentinin müdir müavini Xəyalə Fətullayevanın sözləriə görə, bu tətbiqi yalnız müvafiq qurum və müəssisələr istifadə edəcək. Yəni, vətəndaşlar həmin tətbiqi yükləyə bilməyəcək. 

Mobil tətbiqə daxil olduqdan sonra müvafiq obyekt seçilir və oraya gələn vətəndaşların COVID-19 pasportunun olub-olmaması yoxlanır. 

Vətəndaşlar isə COVID-19 pasportlarına, yəni sertifikatlara "mygov" portalından, eləcə də "e-təbib" tətbiqi və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet portalından baxa və onu yükləyə bilərlər.


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin