Ukrayna ordusunda ilk dəfə qadın komandan təyin olundu

21:39 - 30 İyul 2021

Ukrayna ordusunda ilk dəfə qadın komandan təyin olundu

Ukrayna Silahlı Qüvvələrinin tibbi qüvvələr komandanı vəzifəsinə Tatyana Ostaşenko təyin olunub.

Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, müdafiə naziri Andriy Taran bu barədə məlumat verərək tarixdə ilk dəfə ölkə ordusunda bir qadının komandan təyin olunduğunu qeyd edib.

“Yeni sistemə əsaslanan silahlı qüvvələr yaradılması istiqamətində irəliləyirik. NATO prinsiplərinə uyğun aparılan islahatlar sayəsində artıq qadınlar da kişilərlə bərabər hərbi xidmət keçmək imkanı qazanıblar” – deyə nazir vurğulayıb.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin