Hacıqabulda yol qəzasında 1 nəfər öldü - 5 nəfər xəsarət aldı

19:16 - 30 İyul 2021

Hacıqabulda yol qəzasında 1 nəfər öldü - 5 nəfər xəsarət aldı

Hacıqabulda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Manset.az-ın məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, Hacıqabul sakini, 1986-cı il təvəllüdlü Qocayev Elşən Zeyəddin oğlu hadisə yerində dünyasını dəyişib.

Sürücünün avtomobildə olan övladları - 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Qocayeva Pərvin Qabil qızı və 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, “Hyundai”nin sürücüsü, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin