COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
09:13 - 1 Avqust 2022
Bakının Binəqədi rayonunda ağır yol qəzası zamanı ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.
Manset.az APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxı şosesində qeydə alınıb.
Şosenin Sulutəpə qəsəbəsi ərazisinə düşən hissəsində yolu keçən 1981-ci il təvəllüdlü Abdulxalıqov Ceyhun Babaverdi oğlu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abdulxalıqova Suğra Fərzalı qızı, övladları - 2011-ci il təvəllüdlü Abdulxalıqov Yusif və 2009-cu il təvəllüdlü Abdulxalıqova Fatiməni “Toyota” markalı maşın vurub.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ana və oğlun vəziyyəti ağırdır.
Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin