Azərbaycanda toyda mübahisə düşdü - Bıçaqlanan var

08:58 - 31 İyul 2022

Azərbaycanda toyda mübahisə düşdü - Bıçaqlanan var

Qazax rayonunda yerli sakin mübahisə zəminində bıçaqlanıb.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü İ.Süleymanov kənd ərazisində keçirilən toy mərasimi zamanı mübahisə zəminində bıçaqlanıb.

O, iki bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin