Moskvadan Paşinyana SƏRT REAKSİYA

10:31 - 30 İyul 2021

Moskvadan Paşinyana SƏRT REAKSİYA

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın KTMT-nin monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlı  təklifi siyasi xarakter daşıyır.

Manset.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB ilə işlər üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.

“Belə xarakterli təhlükəsizlik məsələləri daha çox sakitcə həll olunur. Mətbuatın da iştirak etdiyi açıq tədbrilərdəki  açıqlamalar daha çox hökumət səviyyəsində, parlamentdə və ya başqa yerlərdə özünü təsdiq edib,  siyasi xal qazanmaq lazım olduqda edilir”, - Kalaşnikov “interfax”a açıqlamasında deyib.

Kalaşnikov onu da bildirib ki, məsələ çox çətin və ciddidir: “Bu məsələ ilk  növbədə üç lider arasında;- Putin, Əliyev və Paşinyan arasında həll edilməlidir. Əgər belə açıqlamalar ilk növbədə ictimaiyyət qarşısında həyata keçirilsə, demək buradan daha çox siyasət qoxusu gəlməyə başlayır”.

Kalaşnikov daha sonra deyib: “Allaha şükür ki, Ermənistanla Azərbaycan sərhədində atəşkəs rejimin pozulma faktı azdır və bunlar kiminsə oraya hücum etməsi nəticəsində deyil, ifaçının təsirindən baş verir”.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin