Qarabağa köçəcək şəxslərə ŞAD XƏBƏR - Pul alacaqlar (VİDEO)

09:24 - 27 İyul 2022

Qarabağa köçəcək şəxslərə ŞAD XƏBƏR  - Pul alacaqlar (VİDEO)

Alternativ enerji mənbələrindən istifadə edilməklə, ən müasir innovativ texnologiyalar tətbiq edilib. Ağalı kəndi yeni texnologiyalarla inşa edilən ilk yaşayış evləridir.

 

Manset.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra da sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Fuad Hüseynov əlavə edib ki, işğaldan azad olunan ərazilərdə yaşayanlara bağlı yeni qanun layihəsi hazırlanır.

İşğaldan azad olmuş ərazilərimizə böyük qayıdış mərhələli şəkildə davam etdirilir.Yaxın gələcəkdə növbəti köçün Füzuli rayonunun Dövlətyarlı kəndində baş tutması gözlənilir.

Dövlət komitəsinin sədr müavini onu da bildirdi ki, Ağalıda məskunlaşan şəxslərin doğmaları portaldan qeydiyyatdan keçdikdən sonra öz yaxınlarını görməyə gedə bilərlər.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin