Sabiq hakimin rüşvət əməlləri - 243 min manat alıb...

15:17 - 26 İyul 2022

Sabiq hakimin rüşvət əməlləri - 243 min manat alıb...

Aldığı rüşvət müqabilində ədalətsiz məhkəmə qərarı çıxarmış sabiq hakiminin qanunsuz əməlləri ifşa edilib.

 

Baş Prokurorluqdan Manset.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Məhkəməsinin adından qəbul edilmiş qanunsuz qətnamələrlə əsassız olaraq pensiya təyinatlarının aparılması və digər pozuntulara yol verilməsi faktı ilə bağlı ƏƏSMN və Ədliyyə Nazirliklərindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İstintaqla müəyyən olunub ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsində işləmiş İlyas Mahmudovun icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilə-bilə ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb edərək almasına, bununla əlaqədar bilə-bilə 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var.

Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış kifayət qədər sübutlar əsasında İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər

Как сиамские близнецы ведут личную жизнь и выбирают парней себе
Самый опасный преступник России о зачистке в стране
В России этим звездам заплатят 12 миллионов за день Победы: СМИ
Кому из детей удалось выжить, когда мать напала с топором ?
На сколько дней продлят майские в России: читать
В Казани мать не была наказана за нападение на сына с ножом
Киркоров раскрыл тайну имени для его будущего сына: читать
За что в Москве полицией задержаны более 40 мигрантов ?
Назван самый опасный соус для приема пищи
Почему в Новосибирске прекращены поиски пропавшего подростка?

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
В России этим звездам заплатят 12 миллионов за день Победы: СМИ
xidmet.tv
Кому из детей удалось выжить, когда мать напала с топором ?