Bakıda keçirilən məhkəmədə erməni ağlayaraq imdad dilədi: "Anamın xəstə olmasını nəzərə alın"

01:52 - 30 İyul 2021

Bakıda keçirilən məhkəmədə erməni ağlayaraq imdad dilədi:

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manset.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.

Sonra təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.Gevorg Sujyan hakimdən onu bağışlamasını xahiş edib.O, ağlayaraq hakimdən qərar çıxararkən anasının xəstə olmasını nəzərə almağı xahiş edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdırlar.
Onlar cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin