20 milyon manatı Azərbaycana qaytarmayan şəxslər HƏBS EDİLDİ
26 Noyabr 2024
22:56 - 25 İyul 2022
Azərbaycan iqtisadiyyatının ilk altı ayda nümyiş etdirdiyi artım templəri ürək açandır.
Manşet.az report-a istinadən xəbər verir ki, bunu iqtisasiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu ilin I yarısında Azərbaycan iqtisadiyyatının 6,2%, qeyri-neft sektorunun isə 9,6% artması həqiqətən sağlam iqtisadi artımdır:
“Çünki il ərzində müxtəlif iqtisadiyyatların artım templəri ilə bağlı proqnozların azaldılmasının şahidiyik. Ancaq Azərbaycanın timsalında bu proses əksinə baş verir və bütün aparıcı reytinq agentlikləri, dünya təşkilatları Azərbaycan iqtisadiyyatının ilk altı ayda nümayiş etdirdiyi templərə əsaslanaraq bu proqnozları artırır”.
Nazir qeyd edib ki, hazırda dünya iqtisadiyyatında bir mənalı proseslər baş vermir:
“Ümumilikdə fraqmentasiya prosesini izləyirik. Bir sözlə vahid, son illərdə oturuşmuş sistemin müxtəlif regionlar əsaslı, müxtəlif ölkələrin, iqtisadiyyatların arasının açılmasını izləyirik.
Bu həm qida məhsullarının, həm də enerji daşıyıcılarının qiymətinin artması fonunda baş verir. Bu iki amil bütün dünyada istehlakçılar, vətəndaşlar tərəfindən hiss edilən prosesdir”.
M.Cabbarov vurğulayıb ki, bütün bunlara pandemiya dövründə cənab Prezidentin nəzarəti ilə hökumətin atdığı addımların bütövlüyü və ardıcıllığı, ikinci isə iqtisadi və struktur islahatlarının nəticələri, üçüncüsü böyük blok kimi dövlət müəssisələrinin idarə edilməsi və daimi yaxşılaşan biznes mühiti kimi faktorlar səbəb olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin