“Sumqayıt”la “Keşlə” avrokuboklarda mübarizəni dayandırdı

23:22 - 29 İyul 2021

“Sumqayıt”la “Keşlə” avrokuboklarda mübarizəni dayandırdı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Manset.az  xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublar da növbəti matçlarına çıxıblar.

Artıq iki klubumuzun taleyinə aydınlıq gəlib. Belə ki, əvvəlcə “Keşlə” doğma meydanda Rusiyanın “Soçi”, “Sumqayıt” isə Serbiyanın “Çukariçki” komandası ilə münasibətlərinə aydınlıq gətirib.

Rusiyadakı ilk oyunda darmadağına üzülən Bakı klubunun mərhələ keçmək şansları çox az idi. Cavab qarşılaşması da rusların qələbəsi ilə başa çatıb - 2:4.

Serbiyadan sərfəli nəticə ilə dönən Sumqayıt təmsilçisi də cavab matçında meydanı məğlub tərk edib - 0:2.

Nəticədə “Keşlə” və “Sumqayıt” mübarizəni dayandırıb.

“Qarabağ” isə İsraildə “Aşdod”un qonağıdır. İlk hissədən sonra Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlir.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
29 iyul

Keşlə – Soçi 2:4
Qol: F.Santos, 35. R.Hacıyev, 52 – M.Duqandjiç, 21; 82. N.Burmistrov, 38. T.Marqasov, 70.
Baş hakim: Viktor Şimusik (Belarus).
Bakı. “ASK Arena”
İlk oyun – 0:3.

Sumqayıt – Çukariçki 0:2
Qol: İ.Ndiaye, 10. M.Doçiç, 16-pen.
Baş hakim: Yorgen Burhardt (Danimarka).
Sumqayıt. “Kapital Bank Arena”
İlk oyun – 0:0.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin