"Mən hazırda gözəl yerlərdən birində dincəlirəm" - İşdən çıxarılan İCRA BAŞÇISI

17:24 - 25 İyul 2022

Masallının bu gün vəzifəsindən azad edilən icra başçısı Şahin Məmmədov Manset.az-a açıqlama verib.

 

O, bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasətini hər zaman dəstəkləyib və onun sadiq əsgəri olub:


"Bu gün də cənab prezidentin sadiq əsgəriyəm. Vəzifədə olsam da, olmasam da, bu, belədir. Allah cənab Prezidenti qorusun. Məni 19 il - üç dəfə etimad göstərərək, başqa-başqa rayonların icra başçısı təyin edib. Bu, mənim üçün çox böyük etimaddır. Zəhmətkeş bir ailənin övladı olmuşam. Məmur övladı olmamışam. Buna görə özümü şanslı hiss edirəm.
Bundan sonrakı fəaliyyətimə gəlincə, hazırda istirahətdəyəm. Gözəl güşələrimizdən birində dincəlirəm.Bundan sonra nə məsləhət bilinəcəksə, o da olacaq ".


Qeyd edək ki. Şahin Məmmədov Prezident İlham Əliyev Sərəncamına əsasən bu gün vəzifəsindən azad edilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin