Bayden Azərbaycana təşəkkür etdi
24 Noyabr 2024
22:13 - 29 İyul 2021
ABŞ-da bütün müalicələrə davamlı olduğu bildirilən ölümcül göbələk infeksiyası qocalar evləri və xəstəxanalarda yayılmağa başlayıb.
Manset.az Milli.az-a istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) tibb işçisi Meqan Liman xəstələrin bir-birindən yoluxduqlarının ehtimal olunduğunu deyib. Xəstələrin təxminən 30 faizinin bir ay ərzində öldüyü, bu ölümlərin sözügedən virusla əlaqəli olub-olmadığının araşdırıldığı vurğulanıb.
"Candida auris" adlandırılan göbələk infeksiyası olduqca təhlükəlidir. Qan dövranına, ürəyə və ya beyinə nüfuz etdikdə çox vaxt ölümcül olur. Qızdırma və üşütmə kimi simptomlar antibiotik müalicəsindən sonra da davam edir.
ABŞ-ın bəzi bölgələrində göbələk virusuna yoluxma faktları aşkarlansa da, xəstələrin adları açıqlanmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin