Nazir fotoları yayılan polis rəisinin sürücüsünü xidmətdən qovdu

14:47 - 14 İyun 2021

Nazir fotoları yayılan polis rəisinin sürücüsünü xidmətdən qovdu

Sosial şəbəkələrdə intim fotoları yayılan polis əməkdaşı xidmətdən qovulub.

Manşet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gədəbəy rayon Polis Şöbəsinin rəisi Mehman Həşimovun sürücüsü Çingiz Ruşanovun fotoları yayılıb. Bu şəkillərə görə Ç.Ruşanov polis sistemindən qovulub.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, həmin fotolar bir neçə ay öncə aşkarlanıb: “Məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, polis baş serjantı Çingiz Ruşanov cari ilin fevral ayında daxili işlər orqanlarından xaric edilib”.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin