İcra başçısı təyin edilən 39 yaşlı Elvin Paşayev kimdir? - DOSYE

13:30 - 25 İyul 2022

İcra başçısı təyin edilən 39 yaşlı Elvin Paşayev kimdir? - DOSYE

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 
 

E. Paşayev 2000-ci ildə Bakı Dövlət Universtitetinin Regionşünaslıq fakultəsinin bakalavr dərəcəsini,2007-ci ildə Regionşünaslıq fakultəsinin magistr dərəcəsini, 2009-cu ildə isə Dövlət İqtisad Universtitetinin maliyyə-kredit fakultəsini bitirib. 
 

E.Paşayev əvvəlki dövrlərdə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir. 
 

Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin rəisi və aparat rəhbərinin müavini vəzifələrini icra edib. 

Prezident İlham Əliyev iyunun 23-də imzaladığı "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncama əsasən Elvin Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 


Xəbər xətti

27 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin