Rusiya və Çin birgə hərbi təlim keçirəcək

20:04 - 29 İyul 2021

Rusiya və Çin birgə hərbi təlim keçirəcək

Rusiya və Çin gələn ay hərbi təlimlərə başlayacaq. Təlimdə 10 min nəfər hərbçinin iştirak edəcəyi deyilir.

Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, "Qarşılıqlı əlaqələr-2021" adlı manevr Çində baş tutacaq. Təlimlərdə müxtəlif hərbi təyyarələr və zirehli texnikalardan da istifadə olunacaq.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin