Hacıqabul sakini bıçaqlandı

11:35 - 24 İyul 2022

Hacıqabul sakini bıçaqlandı

İyulun 23-də gecə saatlarında Hacıqabul rayon sakini Vüsal Məmmədovun sinə nahiyyəsinə bıçaqla yetirilmiş xəsarət ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirməkdə şübhəli bilinən İlkin Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Məmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin