Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Mikroavtobus aşdı - 24 yaralı var- FOTO (Yenilənib)

09:54 - 24 İyul 2022

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Mikroavtobus aşdı - 24 yaralı var- FOTO (Yenilənib)

Goranboyda mikroavtobusun aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Manset.az report-a istinadən xəbər verir ki, fəhlələri daşıyan mikroavtobusun Qaramusalı kəndində aşması nəticəsində xəsarət alanların 15-nin vəziyyəti kafi və orta-ağır, digər 9 nəfərin vəziyyəti isə qənaətbəxş və normal hesab olunur.

Qəza zamanı 2005-ci il təvəllüdlü S.Əhmədov, 2004-cü il təvəllüdlü M.Həsənli, 2009-cu il təvəllüdlü A.Bayramova, 1963-cü il təvəllüdlü Q.Nəbiyeva, 2002-ci il təvəllüdlü S.Tağıyeva, 2007-ci il təvəllüdlü A.Bayramova, 2002-ci il təvəllüdlü S.Tağıyeva, 1978-ci il təvəllüdlü İ.Tağıyeva, 1983-cü il təvəllüdlü G.Hacıyeva, 1987-ci il təvəllüdlü T.Allahverdiyev, 1971-ci il təvəllüdlü R.Mahmudova, 1966-cı il təvəllüdlü N Muradova, 1986-cı il təvəllüdlü G.Zeynalova, 1974-cü il təvəllüdlü G.Baxışova, 1975-ci il təvəllüdlü Z.Mahmudova, 1976-cı il təvəllüdlü V.Qarayeva, 1973-cü il təvəllüdlü A.Zeynalova, 1967-ci il təvəllüdlü İ.Şükürova, 1998-ci il təvəllüdlü M.Baxışova, 1970-ci il təvəllüdlü İ.Nuruyev, 1987-ci il təvəllüdlü G.Quliyeva, 1991-ci il təvəllüdlü E.Tağıyev, 2001-ci il təvəllüdlü S.Həsənzadə və E.Qarayeva xəsarət alıblar.

Qeyd edək ki, xəsarət alanların bəzilərinin üzərinə qaynar su dağılıb və yanıq xəsarətləri alıblar. Onlardan E.Qarayevanın vəziyyəti ağırdır, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

08:25

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Qaramusalı kəndində qeydə alınıb.

Fəhlələri daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfərə yaxın sərnişin müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin