Azərbaycanda toyda dava: Bıçağın tiyəsi sınaraq sinəsində qaldı

00:34 - 24 İyul 2022

Azərbaycanda toyda dava: Bıçağın tiyəsi sınaraq sinəsində qaldı

Hacıqabulda bıçaqlanma baş verib.

Manset.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Hacıqabul şəhərində toy mərasimində qeydə alınıb. 

Şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Vüsal Vidadi oğlu münaqişə zəminində bıçaqlanıb.

31 yaşlı kişiyə vurulan bıçağın tiyəsi sınaraq onun sinəsində qalıb.

Yaralı Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb.

Onun kim tərəfindən bıçaqlandığı araşdırılır.Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin