Aybəniz Haşımovanın bacısı xərçəngdən SAĞALDI

16:00 - 23 İyul 2022

Aybəniz Haşımovanın bacısı xərçəngdən SAĞALDI

Əməkdar artist Aybəniz Haşımova xərçəngdən əziyyət çəkən bacısı ilə bağlı paylaşım edib.

Manşet.az xəbər verir ki, müğənni Şəhla Haşımovanın xətəliyə qalib gəldiyini vurğulayıb:

"Sizinlə bu gözəl xəbəri bölüşmək istəyirəm. Bacım Şəhlada bir neçə ay əvvəl onkoloji xəstəlik aşkarlandı. Hər birimiz çox çətin dövrdən keçdik. Lakin düzgün aparılan müalicələrdən sonra bu gün aldığımız nəticələrə əsasən, bacım onkoloji xəstəlikdən 100 faiz xilas oldu".

Qeyd edək ki, ifaçının bacısı Şəhla Haşımova bu ilin martında xəstəxanaya yerləşdirilərək orada əməliyyat olunub.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin