Xaçmazda avtomobillər toqquşdu - Qadın xəsarət aldı

16:42 - 29 İyul 2021

Xaçmazda avtomobillər toqquşdu - Qadın xəsarət aldı

Xaçmaz rayonunda yol qəzası olub.

Manset.az xəbər verir ki, hadisə Şabran-Xaçmaz yolunun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə iki avtomobil toqquşub. Nəticədə Şabran şəhərində yaşayan, 1990-cı il təvəllüdlü Səccarə Akif qızı Balabəyova xəsarət alıb.

Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.(report)


Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin