Toy qaydalarını pozan şadlıq sarayları 8 min manat cərimələndi

16:35 - 29 İyul 2021

Toy qaydalarını pozan şadlıq sarayları 8 min manat cərimələndi

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Bu barədə Manset.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Dostluq” və “Yamal” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.

Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunublar.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin