Gürcüstanda azərbaycanlı çoban itkin düşdü

15:37 - 29 İyul 2021

Gürcüstanda azərbaycanlı çoban itkin düşdü

Gürcüstanın Kaxeti bölgəsinin Saqareco bələdiyyəsində 32 yaşlı çoban Comərd Əhmədov itkin düşüb.

Manset.az  xəbər verir ki, artıq beşinci gündür yaxınları onunla əlaqə saxlaya bilmirlər.

C.Əhmədov iyulun 25-də qoyun sürüsünü otarmaq üçün Tulari kəndindən Pşavi rayonu istiqamətində yola çıxıb və geri dönməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı azadlıqdan qanunsuz məhrum etmə maddəsi üzrə istintaq aparılır.

Çobanın axtarışları intensiv rejimdə davam etdirilir.(report)


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin