Uşaq evindən qaçıb "Səni axtarıram"a gələn Ramal indi haradadır? - RƏSMİ CAVAB
25 Sentyabr 2024
13:57 - 29 İyul 2021
Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, yoxlamalar zamanı Zümürxan kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Bundan başqa polis əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə rayonun İmamqulubəyli kəndi ərazisində karantin qaydalarının tələblərinə zidd olaraq yas mərasimi təşki edildiyi də müəyyən edilib.
Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 2 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin