Məşhur azərbaycanlı iş adamı Türkiyədə vəfat etdi - FOTO

12:14 - 29 İyul 2021

Məşhur azərbaycanlı iş adamı Türkiyədə vəfat etdi - FOTO

Azərbaycanlı iş adamı vəfat edib.

Manset.az xəbər verir ki, bu barədə İstanbulun "Florence Nightingale” klinikası məlumat yayıb.

Bildirilib ki, tanınmış azərbaycanlı iş adamı, məşhur fermer, "Hacıqabul Quşçuluq” şirkətinin sahibi Adışirin Babaşov dünyasını dəyişib.

Vurğulanıb ki, Adışirin Babaşov 28.07.2021-ci il tarixində saat 23:40 radələrində müalicə aldığı "Florence Nightingale” klinikasında ürək çatışmazlığından vəfat edib.

Mərhumun yaxınları iş adamının cənazəsinin 29.07.2021-ci il tarixində Azərbaycana gətiriləcəyini bildirib. /Oxu.az



Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin