Keçmiş məhkumun maşınından və evindən 7 kq-dan artıq narkotik götürüldü

11:30 - 29 İyul 2021

Keçmiş məhkumun maşınından və evindən 7 kq-dan artıq narkotik götürüldü

Masallı sakininin avtomobilindən və evindən 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Ərkivan qəsəbə sakini Faiq Abdinov idarə etdiyi avtomobildə saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda, ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq F.Abdinovun yaşadığı evə keçirilən baxış zamanı oradan 6 kiloqramdan artıq heroin, 1 kiloqram 450 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin