Bakıda məşhur generalla icra başçısı QUDA OLDU - Nazir gəlinə bahalı brilliant verdi

15:40 - 21 İyul 2022

Bakıda məşhur generalla icra başçısı QUDA OLDU - Nazir gəlinə bahalı brilliant verdi

Naxçıvan MR keçmiş Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun oğlu ailə həyatı qurub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, məşhur generalın oğlu Əli Ələkbərli icra başçılarından birinin qızı ilə ailə həyatı qurub. Şəhərin ən möhtəşəm, böyük məkanlarından birində baş tutan məclisdə xeyli sayda rəsmi şəxslər iştirak edib. Fazil Ələkbərovun gəlininə bahalı brilliant hədiyyə etdiyi bildirilib.

 

Qeyd edək ki, Fazil Ələkbərov 2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin,  2015–2017-ci illərdə isə muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, 2017-ci ildən 2021-ci ilə qədər Daxili İşlər naziri olub.

Əli Vəliyev 

Manşet.az



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin