Bu dövlət agentliyi 18 milyonluq tenderi bu şirkətlərə verdi

10:04 - 29 İyul 2021

Bu dövlət agentliyi 18 milyonluq tenderi bu şirkətlərə verdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Talessemiya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası ilə əlaqədar dərman vasitələrinin və tibbi sərfiyyat mallarının satın alınması üzrə keçirilmiş açıq tender prosedurunun qalibləri 3 iddiaçı “Referans Pharmaceuticals” MMC, “Avromed Company” QSC və “Paşa – K” firması müəyyən edilib.

Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, qurum “Referans Pharmaceuticals” MMC ilə 22.07.2021-ci il tarixdə 1 615,243 min manat, “Avromed Company” QSC ilə 4 939,055 min manat və “Paşa – K” firması ilə 799,721 min manat məbləğində müqavilə imzalayıb.

Həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hemofiliya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası ilə əlaqədar dərman vasitələrinin satınalınması ilə bağlı tenderinin qalibi “Avromed Company” QSC müəyyən edilib və şirkətlə 22.07.2021-ci il tarixində 10 424,828 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin