Nazpəri onu məhkəməyə verən İlhamə Quliyeva barədə: "Halallıq istədi bağışladım" - VİDEO

21:13 - 20 İyul 2022

Nazpəri onu məhkəməyə verən İlhamə Quliyeva barədə:

"Bağışlamadığım insan yoxdur. Hətta illər əvvəl mənimlə ciddi konfliktə girən həmkarlarımdan birini də bağışlamışam".

Manşet.az  xəbər verir ki, bu sözlər Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Bağ mövsümü" verilişində deyib.

Sənətçi ad çəkmədən (Qalmaqal yaşadığı Mərhum Xalq artisti İlhamə Quliyeva- red.) yuxusuna girib, halallıq istəyən şəxsi bağışladığını açıqlayıb.

"Sevinirəm ki, aciz olmadım. Söhbət dünyadan köçəndən gedir. Onu bağışıadım və Yasin oxutdurdum. Allah qəbul etsin. Çünki yuxuma girdi. Halallıq istədi. Amma ondan əvvəl artıq onu bağışlamışdım. Böyük Allah bağışlayandır, biz isə onun bəndələriyik".

Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. O, iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi. 

(bizim.media)


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin