Rəqqasə Fatimə: "Onlar istəmədi deyə toya müğənniləri çağırmadım" - VİDEO

20:03 - 19 İyul 2022

Rəqqasə Fatimə:

"Allah hər kəsin balasını xoşbəxt etsin. Qızımın toyu olanda mən şou-biznesdən heç kimi dəvət edə bilmədim. Bunun başqa səbəbləri var idi".

Manşet.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib.

"Onun sirri" verilişinə qonaq olan Fətəliyeva oğlan evi istəmədiyi üçün qızı Aydanın toyuna müğənniləri dəvət edə bilmədiyini etiraf edib:

"Oğlan tərəfi şou-biznesi ümumiyyətlə istəmədi. Buna görə də heç kəs o toyda olmadı. Sadəcə Mətanət İsgəndərlini dəvət etdmişdim. Toyu isə Elton Hüseynəliyev idarə edir. Amma oğlumun toyu olanda hər kəsi dəvət edəcəm".

Xatırladaq ki, Fatimənin qızı Aydan 2019-cu ildə sevib-seçdiyi bəylə ailə həyatı qurub. Onun toyu paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub.

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin