Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
19:03 - 19 İyul 2022
Türkiyənin "Haber Global" televiziyası işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin qayıdışı ilə bağlı reportaj hazırlayıb.
Manşet.az xəbər verir ki, televiziyanın müxbiri Ela Sezen erməni işğalından azad edilən Qarabağda ilk “Ağıllı kənd” layihəsinin həyata keçirildiyi Zəngilan şəhərindəki son vəziyyəti açıqlayıb.
Reportajda bildirilir ki, “Ağıllı kənd” layihəsinin həyata keçirildiyi Zəngilan şəhərinin Ağalı kəndində vətəndaşların yerləşdirilməsinə başlanılıb. 41 ailədən 201 nəfər öz doğma yurduna qayıdıb.
Ağalı kəndində məskunlaşacaq ilk vətəndaş qrupu Zəngilanın Ağalı kəndinə getmək üçün Bakıdan yola düşüb.
Dörd mərhələdə həyata keçiriləcək prosesin birinci mərhələsində Ağalı kəndində 40-dan çox ailənin köçürülməsi nəzərdə tutulub. Vətəndaşların məşğulluğu, sosial, təhsil və səhiyyə məsələləri aidiyyəti qurumlar tərəfindən təmin ediləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin