Azərbaycanda bəy və gəlin vaksinasiya olunmadığına görə toya buraxılmadı - FOTOLAR

23:40 - 28 İyul 2021

Azərbaycanda bəy və gəlin vaksinasiya olunmadığına görə toya buraxılmadı - FOTOLAR

Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin vaksinasiya prosesi ilə bağlı mütəmadi olaraq monitorinqi davam edir.

Manset.az "Report"a isinadən vəbər verir ki, növbəti monitorinq rayonun Qoruqbağı kəndində yerləşən "Eldayaq" şadlıq sarayında kecirilib.

Məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı vaksinasiya olunmayıblar.

Gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri və rayon polis şöbəsi tərəfindən əhali arasında mütəmadi olaraq vaksinasiya ilə bağlı maarifləndirici tədbirlər və müxtəlif görüşlər keçirilir.



Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin