Məşhur meyxanaçı ÖLÜMDƏN DÖNDÜ - AYAQLARI TUTULUB - FOTO

16:55 - 19 İyul 2022

Məşhur meyxanaçı ÖLÜMDƏN DÖNDÜ - AYAQLARI TUTULUB - FOTO

Məşhur meyxanaçı Mahir Cürətin səhhəti qəfildən pisləşib.

 

Manşet.az-ın əldə etdiyi məlumata görə, ötən gün qəfildən halı pisləşən söz ustadı ölümdən dönüb.

Əməkdaşımız sənətkarla əlaqə saxlayıb. M.Cürət xəbəri saytımıza təsdiqləyib:

"Vəziyyətim getdikcə daha da ağırlaşır. Hər iki ayağım tutulub, ayaqlarımı dizdən aşağı yara basıb, yeriyə bilmirəm. Ayaqlarım başımı xarab edib, yaman gündədir. Dünən də az qala ölmüşdüm".

Qeyd edək ki, Mahir Cürət bir neçə xəstəlikdən, o cümlədən narkotik asılılığından əziyyət çəkir.

Xatırladaq ki, M.Cürət "De, gəlsin!" yarışmasının laureatlarındandır. O,  meyxana aləmində əruzun əsas bilicilərindən hesab edilir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin