"Kəmaləddin Heydərovun Etibar adlı polis qohumu mənimlə..." - İşdən çıxarılan polis rəisi

17:10 - 20 İyul 2022

Xəbər verdiyimiz kimi ötən gün Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən Etibar Babayevin mətbuatda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qohumu olduğu iddia edilib.

 

Bu barədə Manset.az-a açıqlama verən eks polis rəisi bu iddiaları təkzib edib.


“Kəmaləddin müəllim Naxçıvanda, mən isə Qəbələdə anadan olmuşam. Biz necə qohum ola bilərik? Mən Kəmaləddin müəllimin qohumu deyiləm. Bəli, onun Etibar Babayev adlı bir qohumu var. O da polisdə çalışır, ona görə onunla məni səhv salırlar. Mən o Etibar Babayev deyiləm.”


Daha sonra Etibar Babayev açıqlamasında bunları deyib.


Polis sistemindən getməyimə gəlincə, bundan sonra günlərimi ailəmə, nəvələrimə həsr edəcəyəm. Cənab nazirə təşəkkür edirəm!”

Əli Vəliyev

Manşet.az


Xəbər xətti

3 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin