COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
14:33 - 14 İyun 2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün NATO-nun Brüsseldəki qərargahında Fransa Prezidenti Emmanuel Makron ilə görüşü başlayıb.
Manşet.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan NATO Liderlər Sammitində iştirak etmək üçün Brüsseldəki NATO qərargahına gəlib.
***
R. T. Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar müşayiət edir.
Ərdoğan və Makron NATO-nun qərargahında bir araya gəlib. Görüş NATO liderlərinin sammiti çərçivəsində mətbuat üçün qapalı rejimdə keçirilir.
***
Ərdoğanla Makronun görüşü bir az öncə başa çatıb. İki liderin NATO Sammiti çərçivəsində NATO-nun Baş Qərargahındakı görüşü mətbuata qapalı və təxminən 52 dəqiqə davam edib.
Görüşdən sonra açıqlamalar verən Makron, “Ortaq strategiyaların aydınlaşdırılmasını vurğuladım. Ərdoğana NATO müttəfiqlərinin ortaq strategiyalarını izah etmələrinin lazım olduğunu təkrar etdim”,- deyə bildirib.
NATO Sammitinin əsas mövzuları arasında İttifaqın yaxın 10 il üçün yol xəritəsinə dair qərarlar, NATO-nun strateji konsepsiyası, Rusiya, Çinin yüksəlişi, iqlim dəyişikliyinin təhlükəsizliyə təsiri, kiber təhdidlər və Əfqanıstandakı NATO missiyasının sona çatması olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin