Daha bir qadın keçmiş əri tərəfindən öldürüldü

11:08 - 16 İyul 2022

Daha bir qadın keçmiş əri tərəfindən öldürüldü

Bakıda 40 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

Manset.az xəbər verir ki, iyulun 15-də Binə qəsəbəsindəki fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun bıçaqla çoxsaylı xəsarətlər yetirməklə V.Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Arzuman Fazilov şübhəli şəxs qismində tutulub, istintaq tədbirləri davam etdirilir.

(Qafqazinfo)


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin