Vüsal Kərimlinin dayanacaqlarla bağlı elan etdiyi milyonluq tenderi eyni şirkət udub

14:40 - 28 İyul 2021

Vüsal Kərimlinin dayanacaqlarla bağlı elan etdiyi milyonluq tenderi eyni şirkət udub

Bakı Nəqliyyat Agentliyi (BNA) balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satin alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Manset.az xəbər verir ki, tenderin qalibi “MG Construction” MMC olub. Qalib şirkətlə 498,040 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, daha əvvəl də BNA-nın dayanacaq pavilyonları ilə bağlı bütün tenderlərini eyni şirkət udub. Belə ki, “Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacaq pavilyonlarında müvafiq işlərin görülməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması”, “dayanacaq pavilyonlarının satın alınması” və “dayanacaq pavilyonlarının quraşdırılması xidmətinin satın alınması” lotlu 3 tenderin qalibi də “MG Construction” MMC olub və şirkətə ümumilikdə 2 357,062 min manat ödənilib.

“MG Construction” MMC 05.12.2018 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Quluzadə Tural Yaqub oğludur. Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov, ev 39, m. 61 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 83,220 min manatdır.//ölkə.az//


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin