Füzulidə avtomobil körpüdən çaya aşdı - Ölən var

12:58 - 14 İyun 2021

Füzulidə avtomobil körpüdən çaya aşdı - Ölən var

Füzuli rayonunda yol qəzası olub.

Bu barədə Manşet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 13-də saat 21 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Qarakollu kənd sakini Cehun Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən “Quruçay” çayına aşırıb və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Füzuli Rayon polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin