Prezident Baş katiblə görüşdü - YENİLƏNİB
18 Noyabr 2024
15:17 - 15 İyul 2022
Dəbdəbəli villaları, lüks avtomobilləri ilə daim gündəmdə olan şou əhli şəxsi həyatı ilə də hər kəsin diqqət mərkəzindədir. Onların ailə həyatı qurması, valideyn olması hər zaman müzakirələrə səbəb olan mövüzulardandır.
Manset.az xəbər verir ki, BAKU.WS saytı vəzifəli şəxslərlə ailə həyatı quran müğənniləri araşdırıb. Həmin şou nümayəndələrinin siyahısını siz oxucular üçün təqdim edirik:
Xalq artisti Brilliant Dadaşova əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevlə evlidir. Ədalət Hacıyev Səməd Vurğun adına Rus Dram Teatrının direktorudur. Dadaşova Ədalət bəylə 1988-ci ildə ailə həyatı qurub. Cütlüyün Cahad adlı bir oğlu var. O, 1990-cı il avqustun 9-da Bakıda doğulub.
Xalq artisti Zülfiyyə Xanbabayeva "Simurq" futbol klubunun keçmiş prezidenti Zaur Məmmədovla evlidir. Onların Dəniz adlı yeganə övladı var. Xalq artistinin qızı Dəniz bir neçə həftə əvvəl orta məktəbdən məzun olub.
2009-cu ildə ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil edən Aysel Teymurzadə Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla evlənib. 2012-ci ildə ailə quran cütlüyün 3 övladı var. Aysel Teymurzadə Xalq artistinin ikinci həyat yoldaşıdır. Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. Maestronun ilk evliliyindən də övladı var.
Müğənni Rilaya Hüseynzadə Andrey Sarıçevlə ailə qurub. Andrey Sarıçev Azərbaycan Mini Futbol Assosiasiyasının Vitse-prezidenti, həmçinin “Azfar Sport Events Promotion”ın baş direktoru, təsisçisi və tərəfdaşıdır. Cütlük toylarında etdiyi ehtiraslı tanqo rəqsi ilə ölkə mətbuatında gündəm olmuşdu. Rilaya Andreyin ikinci həyat yoldaşıdır. 40 yaşlı iş adamı bir dəfə evli olub. Onun ilk nikahından bir qızı və bir oğlu var. Andreyin Rilaya ilə olan evliliyindən də iki övladı var.
Azərbaycanlı müğənnilər arasında iş adamları ilə ailə quranlar ad az deyil. Onlardan biri Xalq artisti Aygün Bayramovadır. O, 2017-ci ildə iranlı iş adamı Fəraməz Gərmrudi ilə evlənib. Sənətçinin əri İranda Almaniyanın məşhur "KÖHEL" avtomobillərinin rəsmi distribüteridir. Aygün Bayramova həyat yoldaşından 12 yaş kiçikdir. Yerli mətbuatda yayılan bəzi məlumatlara görə, iş adamı Bakıda Hüseyn Cavid prospektində 2 milyon manata ev alıb, eyni zamanda onun bahalı avtomobilləri var. Gərmrudinin Bayramova ilə eşq hekayəsi onun Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb.
Xalq artisti Röya Ayxan "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu Anar Cəlilovla evli olub. Cütlük 2008-ci ildə ailə qurub. Onların bu evlilikdən Hüseyn adlı övladları dünyaya gəlib. 2014-cü ildə isə Anarla Röya həyat yollarını ayırıblar. Röya Anardan sonra bir daha evlənməyəcəyini açıqlayıb.
2010-cu ildə ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil edərək 5-ci yerin sahibi olan Səfurə Əliyeva isə mərhum Energetika naziri Natiq Əliyevin oğlu, iş adamı Fərhad Əliyevlə evlənib. Cütlük Bodrumda təmtəraqlı toyla ailə həyatı qurub. Onların 3 azyaşlı övladı var. Səfurə Fərhad Əliyevin ikinci həyat yoldaşıdır. Fərhadın ilk evliliyindən bir qızı var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin