Prezident Baş katiblə görüşdü - YENİLƏNİB
18 Noyabr 2024
14:07 - 15 İyul 2022
Bəstəkar və müğənni Nazim Məmmədov illər əvvəl başına gələn hadisədən danışıb.
Manset.az xəbər verir ki, "Həmin Zaur" proqramına dəvət olunan ifaçı Əməkdar artist Elza Seyidcahanın ona avtomobil aldığını etiraf edib:
"Özümün "011" maşınım var idi, Elza xanımı gəzdirirdim, bir dost kimi. Elza xanım yaxşı maşında gəzmək istəyirdi. Ona görə də mənim üçün ilkin ödəniş edib kreditə "21-07" markalı maşın götürdü. Kreditin davamını özüm ödəmişdim".
Daha sonra Nazim həmin maşını Elzanın oğlu Ələkbərin Gülyanaq Məmmədovanın avtomobilinə vurduğunu deyib:
"2005-ci ildə Elza Seyidcahanın proqramı var idi. Mən prodüser kimi çalışırdım. Verilişə Gülyaz və Gülyanaq Məmmədova bacıları gəlmişdi. Qəfildən səs-küy düşdü. Dedilər ki, Elza xanımın mənə aldığı maşını oğlu Ələkbər Gülyanaq xanımın avtomobilinə çırpıb".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin