Prezident Baş katiblə görüşdü - YENİLƏNİB
18 Noyabr 2024
12:01 - 15 İyul 2022
Meyxanaçı Samirə ilə müğənni-meyxanaçı Elmar Qədimov arasında gərginlik yaşanıb.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ATV-də yayımlanan “7 canlı” verilişində baş verib.
Samirənin “Elmar, siz müğənnisiniz, yoxsa meyxanaçı?” sualından sonra ikilinin sözü çəp gəlib və həmkarı sərt formada: “KamAZ” sürücüsüyəm”, - deyə cavab verib.
Samirə Yusifqızı isə bu cavabdan narahat olaraq: “Bu saat bir çox meyxanaçılar mahnı oxuyur, özləri nəğmələrə söz yazırlar. Sizə hörmətsizlik etmədim və nəsə demədim. Tanımıram, bu səbəbdən sual verdim”, - deyə cavab verib.
Qarşı tərəf isə: “Sizə xanım kimi hörmətim var. Sözlərinizdən elə çıxdı ki, mən bu sənətə dünən gəlmişəm. Axı elə deyil. İllərdir ki, bu sənətdəyəm. Mənim çoxlu sevənlərim var”, - deyə bildirib.
Samirə isə Elmarın sözünü kəsərək: “Sizi camaat sevirsə, birinci incəsənət aləmi tanımalıdır. Sözlərinizə diqqət yetirin. Özünüzü ələ alın”, - deyə xəbərdarlıq edib.
Ətraflı süjetdə:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin